Bakıda narkotik satanlar ƏLƏ KEÇDİLƏR – Aralarında 22 yaşlı qız da var + VİDEO

Kriminal


Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-ci il təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar.

Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb. 

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir