Neftçalada qadının intihara cəhd etməsi ilə bağlı cinayət işi yekunlaşıb

Kriminal


Neftçala rayon sakini Qızqayıd Xəlilovanın özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Aydın Xəlilovun arvadı Qızqayıd Xəlilovanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Aydın Xəlilova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir