Ağsu rayonunda 1988-ci il təvəllüdlü Mikayıl yetkinlik yaşına çatmayan Səmayə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Teleqraf.com-un məlumatına görə, Mikayıl tanışı Səmayə ilə 2021-ci il iyun ayının ortalarında tanış olub.
Mikayıl Səmayənin yaşadığı evə gedərək onunla cinsi əlaqəyə girib, ona qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Mikayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mikayıl ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səmayə ilə 2021-ci ildə tanış olub:
“Təxminən 2020-ci ildə Səmayənin anası Sevda xanımdan heyvan almışdım. Həmin vaxtdan onların ailəsini tanıyırdım. Bir dəfə də onlardan nar almışdım.
Səmayə ilə tanışlığım isə hadisədən bir il qabaq yarandı. Anası Sevdanın mobil telefonu ilə bir neçə dəfə mənə zəng etdi. Sonra münasibətlərimiz daha da yaxınlaşdı. Telefonla danışmağa başladıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci il iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə Səmayə ilə telefonda danışan vaxt ona cinsi əlaqədə olmaq istədiyini bildirib:
“Səmayə onunla evlənəcəyim halda yalnız qeyri-təbii yolla cinsi əlaqədə ola biləcəyini dedi. Mən də razılaşdım. Bir neçə gün sonra axşam onun yaşadığı evə getdim və söhbət etməyə başladıq. Saat təxminən 23 radələrinə qədər söhbət etdik. Sonra getmək istədiyimi bildirdim.
Gedəndə Səmayə mənimlə birlikdə evin ikinci mərtəbəsinə çıxdı. Otaqların birinə keçdik və söhbətə davam etdik. Söhbət əsnasında onunla cinsi əlaqəyə girmək istədiyimi dedim. Səmayə isə yalnız qeyri-təbii yolla cinsi əlaqəyə girəcəyini dedi. Mən də razılaşdım”.
Mikayılın ifadəsinə görə, bundan bir neçə gün sonra, təxminən 2021-ci il iyulun əvvəllərində Səmayəyə zəng edib və onlar telefonda danışmağa başlayıblar:
“Danışıq zamanı yenidən cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Səmayə də razılaşdı. Axşam onlara getdim. Yemək yedikdən sonra söhbət etmək üçün evin ikinci mərtəbəsinə çıxmaq istədiyimi dedim. Otağa keçdikdə onunla təbii yolla cinsi əlaqədə oldum”.
Mikayıl qeyd edib ki, onlar daha sonra danışmayıblar:
“Səmayənin hamilə olmağını 2022-ci ilin yanvarında eşitmişəm. Aprelin əvvəllərində Səmayənin bacısı Süsənin qayınatası Fərman adlı şəxs mənə zəng etdi və görüşmək istədiyini bildirdi. Mən də onunla Ağsu şəhərində parkda görüşdüm. Görüş zamanı Fərman Səmayənin məndən hamilə qaldığını bildirdi, bu məsələni heç kəsin bilməməsi üçün uşağı süni doğuşla götüzdürmək lazım olduğunu, ona görə 1 100 manata ehtiyac yarandığını dedi. Mən də razılaşdım. Həmin gün Fərmanın oğlu Əhmədlə Səmayənin yaşadığı evdə görüşdük və 1 100 manat pulu Əhmədə verdim. 15-20 gün sonra isə Fərman zəng edərək işi həll etdiyini bildirdi”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf edib və əməlindən peşmanlıq çəkdiyini deyib. Bildirib ki, ailəlidir, himayəsində dörd az yaşlı uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Özünün ağır dərəcəli şəkər xəstəsi olduğunu deyən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını bildirib.
İş üzrə zərərçəkmiş Səmayənin sözlərinə görə, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Mikayıl ona zəng edib və onlar telefonda danışmağa başlayıblar:
“Danışıq zamanı Mikayıl cinsi əlaqədə olmaq istədiyini dedi. Mən də razılaşdım. Mikayıl axşam bizə gəldi. Yemək yedikdən sonra atam yatdı. Mikayıl isə mənimlə söhbət etmək üçün evin ikinci mərtəbəsinə çıxmaq istədiyini dedi. Biz otağa keçdikdən sonra Mikayıl cinsi əlaqədə olmaq istədiyini dedi və məndən uzanmağımı istədi. Mənimlə cinsi əlaqədə oldu. Mikayıl gedəndən sonra yatmaq üçün aşağı düşdüm. Həmin vaxtdan sonra Mikayıl bizə gəlmədi. 2021-ci ilin dekabrında hamilə olduğumu hiss etdim. Anamla birlikdə Ağsu Rayon Mərkəzi Xəstəxanasına getdik. Həkim yaşımı soruşanda 15 yaşım olduğunu dedim. Həkim hamilə qaldığımı, bətnimdəki uşağın isə 4-5 aylıq olduğunu bildirdi.
Biz xəstəxanadan evə getdik. Anam məndən kiminlə cinsi əlaqədə olduğumu soruşdu. Mən də Mikayıldan hamilə qaldığımı bildirdim”.
Zərərçəkmiş deyib ki, 2022-ci ilin martında onun ağrıları başlayıb:
“Hamilə olduğumu bacımın qayınatası Fərmana bildirdik. Anam Sevda, Fərman və Fərmanın oğlu Əhmədlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına getdik. Həmin gün xəstəxanada doğuş həyata keçirdim. Üç gün xəstəxanada qaldım. Xəstəxanadan çıxıb digər kəndə, Əhmədin yaşadığı evə getdim. Orada da üç gün qaldım.
Sonra Fərman uşağımı saxlamaq istəyən adam olduğunu bildirdi və məndən uşağı ona vermək istəyib-istəmədiyimizi soruşdu. Mən uşağı saxlamaq fikrində olmadığımı söylədim. Fərman uşağı apararaq Bakı şəhərində uşağı saxlamaq istəyən şəxslərə verib”.
Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mikayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il altı ay şərti cəza təyin olunub.
www.102info.az