“Qəsdən adamöldürmə cinayətlərinin üstünün açılması ilə bağlı proseslər daha da gücləndirilib”.
Oxu.Az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev “Instagram” səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
Fazil Həsənəliyev bildirib ki, cari il ərzində bəzi göstəricilərin dinamikasında artım qeydə alınıb:
“Onu da əlavə edim ki, 25 il bundan öncə baş vermiş cinayət işinin açılması təmin edilib. 2023-cü ildə əvvəlki illərdən bağlı qalan 13 qəsdən adamöldürmə cinayətinin üstü açılıb”.
Könül Cəfərli
www.102info.az