Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıblar.
www.102info.az