Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Azər Cahid oğlu Allahverdiyevin kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.
www.102info.az