Bakı şəhərinin Nərimanov rayonu ərazisində MAZ markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az