Ad günündə əmisini bıçaqlayan şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi

Kriminal


Lənkəran Ağır Cinayətlər Məhkəməsində əmisini bıçaqlamaqda təqsirləndirilən Fərid Musayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Fərid Musayev barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

İttihama görə, hadisə 15 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Saatlı rayonunun Azadkənd kəndində qeydə alınıb.

Belə ki, Fərid Musayev doğum gününü qeyd edən əmisi, zərərçəkmiş Dadaş Musayevlə onların evində yeyib-içib. Bu zaman onların arasında mübahisə düşüb. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan qonşuluqda olan yas mərasiminə getməsini istəməməsi olub. Nəticədə o, cib bıçağı ilə əmisinin döş qəfəsindən bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin atası bildirib ki, oğlu Fərid İkinci Qarabağ müharibəsi iştirakçısıdır:

“Müharibədə iştirak etdikdən sonra Fəridin səhhətində problemlər yaranıb, psixi xəstəliyi ilə bağlı özünü idarə edə bilməyib. Son vaxtlar isə Respublika Psixiatriya Xəstəxanasında müalicə alsa da, yenə də tam olaraq sağalmayıb. Həmçinin Fərid evli olub, sonradan xəstəliyi ilə bağlı ailəsindən rəsmi olaraq boşanıb. Saatlı rayonunun Azadkənd kəndində olan evi yandıqdan sonra Fərid əmisi Dadaşın evində yaşayıb”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir