Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az