Məhkəmə bir mənzili iki nəfərə satan iş adamı ilə bağlı qərar verdi

Kriminal


Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ceyhun Tağılı və İlkin Şükürovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, “Troya LTD” MMC-nin sabiq direktoru Elşad Balay oğlu Tağıyev 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi, 38 ünvanında inşa edilmiş yaşayış binasında dördotaqlı, 236 kvadratmetr sahəsi olan 38 saylı mənzili 190 min manata Xəqani Bayram oğlu Ağamalıyevə satıb. 2018-ci ildə şirkətin direktoru dəyişib, E.Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib. Bu dəfə isə C.Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb. İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, E.Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib. Prokurorun təqdimatı ilə Binəqədi Rayon Məhkəməsi Elşad Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, sonra ev dustaqlığına buraxılıb. Daha sonra bu iş üzrə şirkətin direktoru C.Tağılı və tanışı İ.Şükürov cinayət məsuliyyətinə cəlb olunublar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir