Vəzifəli şəxsə qarşı dələduzluq edən müəllim kassasiya şikayəti verdi

Kriminal


Bakıda dələduzluqda təqsirləndirilən Sahib Şükürovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 24-nə təyin edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməyib, prokurorun isə apellyasiya protesti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilib. Bildirilib ki, S.Şükürovun 3 il azadlıqdan məhrumetmə cəzası 6 illə əvəzlənib. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablanıb. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, o, mənimsəmə və digər cinayət faktlarına görə başlanan cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Əsgər qızı Rüstəmovanın sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib.

S.Şükürov bu yolla qadından ümumilikdə 168 min manat pul alaraq dələduzluq edib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən dövlət ittihamçısı və məhkumun müdafiəçisi narazı qalıblar. Onlar apellyasiya protesti və apellyasiya şikayəti veriblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir