Masallı MKTB-də 104 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Kriminal


Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən birliyin vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir