Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda iki evin həyətindən ümumilikdə 13 000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az