DİN 50-dən artıq əməliyyat keçirib: dəyəri 8 milyon manat olan narkotik ələ keçirilib

Kriminal


“Qara bazar”da dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həb ələ keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib.

“Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metamfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib.

Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, – məlumatda bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir