Kişi uşağına doşab vermədiyinə görə arvadını dişləyərək döydü

Kriminal


Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sənan Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Sənan Həsənov yaşadıqları evdə arvadı, zərərçəkmiş Günay Həsənovaya (şərti) xəstələnmiş azyaşlı övladlarına doşab məhsulu vermədiyinə görə irad bildirib. Bununla bağlı ailə daxili münasibətlər zəminində onların arasında mübahisə yaranıb. Bu zaman o, qadının üzərinə hücum edib qəsdən arvadının qolundan dişləyib, əli ilə onun saçından tutub dartaraq yerə yıxıb. Daha sonra Sənan yumruq və təpik zərbələri ilə Günayın sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona xəsarətlər yetirib.

Hadisədən sonra qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib və Sənan Həsənov cinayət məsuliyyətinə cəlb edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir