Mingəçevirdə baş verən qətlin təfərrüatı məlum olub.
Belə ki, hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Mərhumun qohumunun sözlərinə görə, hadisə zarafat zəmnində baş verib.
“Cinayəti törədən öz dostudur, bilməyiblər içində güllə var”.
Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
00:16
Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az