Gədəbəydə evdə partlayış: Xəsarət alan var

Kriminal


Gədəbəydə evdə qaz sızmasından yanğınla nəticələnən partlayış olub.

APA xəbər verir ki, hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. 1941-ci il təvəllüdlü Əbülfəz Musayev yanıq xəsarəti ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Oradan isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir