Baş prokurordan beş nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayət barədə AÇIQLAMA – VİDEO

Kriminal


“Bu, dəhşətli hadisədir. Bizi çox narahat edir. Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda beş ailə üzvünün qətlə yetirilməsi barədə Real TV-yə danışarkən deyib.

“Belə şəxslərin azadlıqda olması cəmiyyət üçün təhdiddir. Bununla bağlı təkliflər hazırlayacağıq. İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub və cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, – deyə Kamran Əliyev bildirib.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir