Naftalanda əcnəbi şəxsə qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Naftalan Şəhər Polis Şöbəsinə müraciət edən Rusiya Federasiyasının vətəndaşı K. Qafurova fevral ayının 12-də onu Bakı şəhərindən Naftalan şəhərində yerləşən sanatoriyaya gətirən şəxsə 100.000 rubl məbləğində nağd pulu (1820 manat) valyuta mübadiləsi etməsi üçün verdiyini, lakin sonuncunun pulu geri qaytarmadığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qafurovanın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rövşən Bağıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az