Şərurda 28 yaşlı qadın dəm qazından ölüb

Kriminal


Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

APA xəbər verir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb.

Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.102info.az