Astara rayonunda 60 yaşlı qadını yük avtomobili vurub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədov idarə etdiyi DAF markalı yük avtomobili ilə 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub.
X.Hüseynova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az