Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 kvadratmetr olan obyektin (oyun zalı kimi fəaliyyət göstərir) sahəsi 10 kvadratmetr olan mətbəxinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən altı nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az