Qonşusunu borc pula görə döyən şəxslə bağlı QƏRAR

Kriminal


Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Qarayevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Ağstafa şəhəri, Ə.Nəbiyev küçəsində yerləşən evdə qeydə alınıb.

Belə ki, Samir Qarayev evdə olan zaman aralarında əvvəllər yaranmış borc pul mübahisəsinə görə qonşusu, zərərçəkmiş T.Q. (şərti) onun yaşadığı evinin həyətinə daxil olub. Bu zaman zərərçəkmiş onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyüb. Sonra Samirlə T.Q. əlbəyaxa olublar. Daha sonra o, zərərçəkmiş şəxsi itələyərək evinin qapısından çölə çıxarmaq istəyib. Həmin vaxt Samir T.Q.-nin saçından tutaraq qəsdən yerə çırparaq ona xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir