Goranboyda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub – YENİLƏNİB + FOTO

Kriminal


Goranboyda yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

“Report”un məlumatına görə, həmin şəxs Bərdə rayon sakini, 1966-cı il təvəllüdlü Ç.Kazımovdur.

Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

17:43

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, rayon ərazisində VAZ-2106 və “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə bir nəfər ölüb. Əraziyə yol polisi əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.102info.az