Dövlətə xəyanətdə ittiham olunan Əli Behiştinin (Əliyev) barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Əli Behişti (Əliyev) saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb. O, ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
www.102info.az