Martın 3-də Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, həmin hadisədə dünyasını dəyişən “BMW X5”in sürücüsü 26 yaşlı Cavid Mürsəlov vəzifəli şəxsin oğludur.
Onun atası Elşən Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “12 saylı Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktorudur.
Qeyd edək ki, həmin hadisə zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.
www.102info.az