Qanunsuz dini təbliğatla məşğul olduğuna görə cinayət işi açılanların sayı MƏLUM OLDU

Kriminal


Keçən il qanunsuz dini təbliğatla məşğul olan 45 nəfər barədə cinayət işi başlanılıb.

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, həmin müddətdə 163 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb. Həmin şəxslərdən 2,4 min ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar, 296 dini şəkil, 69 dini bayraq, eləcə də bir ədəd soyuq silah aşkar edilərək götürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir