Xankəndidə xeyli silah-sursat aşkarlanıb – VİDEO

Kriminal


Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən bir ədəd avtomat silahı, bir ədəd tüfəng, bir qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

www.102info.az