Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadılıb

Kriminal


Jurnalist Hafiz Babalı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Xətai rayon Məhkəməsi, həmçinin “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir