Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU

Kriminal

Ötən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı açılmış cinayət işi üzrə materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdənkənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərib.

O, avtomobillə “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı hadisədən bir neçə gün əvvəl “Meyvəli” ticarət mərkəzində işləməyə başlayıbmış. O, sürücüyə ağır cəza verilməsini tələb edib.

Hüseynağa Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, mərhumun ailəsinə dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu məbləği qəbul etməyib.

Qaradağ Rayon Məhkəməsinin 11 mart tarixli hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca həbs edilib. Onun cəzasının bitməsindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir