Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Buzovna-Bakı yolunun Buzovna qəsəbəsi ərazisində baş verib. Şəhər istiqamətində hərəkətdə olan Türkay Rafik oğlu Rəsuli idarə etdiyi “Opel” markalı avtomobillə piyada keçidində Zeynal Zeynalovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
www.102info.az