Bakıda kütləvi dava olub.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.
Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.
Məhkəmə istintaqı davam edir.
www.102info.az