Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosuna bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Daşkəsən rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əfqan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Daşkəsəndə bıçaqlanma baş verib. 1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdi.
www.102info.az