Bakıda Türkiyə vətəndaşının küçədə arvadını döyməsinin təfərrüatı məlum olub

Kriminal




Bakının Nizami rayonunda Türkiyə vətəndaşı həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1985-ci ildə Türkiyənin Diyarbəkir rayonunda anadan olmuş Emre həyat yoldaşı Süsən (adlar şərti göstərilib – red.) ilə “A-Studio” gözəllik salonun qarşısında mübahisə edib. Bu zaman o, Süsəni döyüb.

Hadisəni törədən Emrenin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə iş qaldırılıb. İşə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə izahat verən Emre bildirib ki, hadisə baş verən tarixdə o, gözəllik salonunun qarşısında Süsənin telefonunu almaq istəyib:

“Bu zaman aramızda mübahisə yarandı. Hadisə vaxtı sərxoş vəziyyətdə olduğuma görə onu vurmuşam. Arvadım ilə barışmağa cəhd etsəm də, alınmayıb. İki övladımız var. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, hadisə baş verən gün uşağı bağçaya qoyub evə qayıdıb:

“Yol gedəndə hiss etdim ki, ərim arxamdadır. Ərimin özünü sərxoşluqdan idarə edə bilmədiyi vaxtlar olub deyə, öz anama zəng etmək istədim. Bu zaman ərim məni vurdu. Mən də onun yaxasını cırdım. Onunla barışıq istəmirəm”.

Məhkəmənin qərarı ilə Emrenin barəsində 20 gün müddətinə inzibati qaydada həbs cəzası təyin edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir