Pantomima Teatrının 332 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdirinə cəza istənilib

Kriminal




Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan kadrlar şöbəsinin sabiq müdiri Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığa getmək istədiyini, ancaq ittiham aktında dəymiş ziyanın dəqiq göstərilmədiyini deyib. Bundan başqa, o, təqsirləndirilən şəxsin dəymiş ziyandan 27 min manatının ödənildiyi bildirib. Buna görə də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbsini istəyib.

Məhkəmə prosesi mayın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.

A.Kərimova teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir