Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Kriminal




Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraət verilməsini və ya işin yenidən araşdırılmasını xahiş edib.

Rəşad Abdulovun sədrlik etdiyi yüksək instansiya məhkəməsinin hakimləri belə qənaətə gəliblər ki, məhkum şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlarla təsdiqini tapıb. Bu əsasla Ə.Əliyev barədə ömürlük azadlıqdan məhrumetmə qərarı qüvvədə saxlanılıb.

Bununla da ana və iki azyaşlı övladının ölümünə səbəb olan məhkum ömürlük Qobustandakı qapalı həbsxanada qalacaq.

Qeyd edək ki, hadisə 2022-ci ildə Bakının Nizami rayonunda baş verib. 39 yaşlı Gülnar Qaraxanova və iki azyaşlı övladı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə xüsusi amansızlıqla öldürülüblər.  

Məhkum Ə.Əliyev əvvəllər müəllim işləyib, 2007-2014-cü illərdə isə Saatlı rayonu, Novruzlu kənd məktəbinin direktoru olub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir