Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az