Oğuzda çay sahilində tapança aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay sahilindən bir ədəd “Naqan” markalı tapança və bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Profilaktik tədbirlər zamanı isə rayon sakini müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.
www.102info.az