Gəncədə intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
www.102info.az