Lənkəran sakini olan ahıl kişi kömək üçün müraciət etdiyi şəxs tərəfindən cinayətə məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, ahıl şəxs Bakıda yaşayan qohumuna ödəniş terminalı vasitəsilə pul göndərmək istəyib.
Amma o, terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.
Polisə daxil olan müraciətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadəni müəyyən edərək saxlayıb.
Faktla bağlı araşdırmalar aparılır.
www.102info.az