İdmançı Kamil Zeynallıya, eləcə də bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən iş adamı, tikinti şirkətinin rəhbəri Emil Ağayevin məhkəmə istintaqı yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
O, məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda göstərilib ki, təqsirləndirilən Emil Ağayev təmir-tikinti işləri aparmaq adı ilə Kamil Zeynallıdan 20 min, Ceyhun Baloğlanovdan 58 min, Yusif Yusifovdan 58 min manat alaraq onların etibarından sui-istifadə etməklə mənimsəyib.
Təqsirləndirilən şəxs eyni üsulla ümumilikdə 7 nəfərə qarşı dələduzluq edərək onların 300 min manatını mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, Emil Ağayevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az