Gəncədə 15 yaşlı oğlan qətlə yetirildi

Kriminal

Gəncədə qətl hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. /APA

Milli.Az