Mingəçevirdə gənc qız sosial şəbəkədə tanış olduğu şəxsi bıçaqlayıb.
Oxu.Az-ın məlumata görə, hadisə Mingəçevir kənd qəbiristanlığının ərazisində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Eyvazova Şəvəndiyev Nizami Qasım oğlu ilə sevgili olublar. Aralarında soyuqluq yarandığı üçün qız münasibətləri aydınlaşdırmaq məqsədilə onu qəbiristanlığa çağırıb. T.Eyvazova sevgilisinə xəsarət yetirib.
Qeyd edək ki, kişi evli olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, məsələ barədə məhkəmə tibbi ekspertizası təyin olunub:
“Hadisəni törədən şəxs saxlanılaraq izahatı alınıb və istintaq bölməsində araşdırmalar davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az