Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.
APA xəbər verir ki, hadisə Yasamal rayon ərazisində yerləşən “Kığılı” geyim mağazasında qeydə alınıb.
Mağazalar şəbəkəsinin “Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az