Tovuzda piyadanın ölümü ilə nəticələn avtomobil qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan KİA markalı avtomobil 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili
www.102info.az