Bakıda gənc rus dilində danışdığı üçün döyüldüyünü iddia edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilib ki, R.H. adlı şəxs telefonda anası ilə rusca danışarkən bir nəfər bıçaqla ona hücum edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli olmayıb:
“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
www.102info.az