Atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi – Bakıda tükürpədici olayın TƏFƏRRÜATI

Kriminal

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lətif Aslanov (adlar şərtidir – red.) ögey qızı Aysuya qarşı seksual hərəkətlər edib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə 2021-ci ilin iyul və avqust aylarında baş verib.

İttihama görə, Lətif iyul ayının əvvəllərində təxminən saat 19 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində 2005-ci il təvəllüdlü Aysunu dənizdə üzmək adı ilə aldadaraq, ona qarşı seksual hərəkətlər edib.

Bundan başqa, Lətif Zirə çimərliyində iyulun 10-da və iyulun sonlarında yenə də Aysuya dənizdə üzməyi öyrətmək adı ilə seksual hərəkətlər edib.

Lətif ögey qızına qarşı daha bir əməlini həmin ilin avqustun 2-də törədib. O, həmin gün saat 18 radələrində yaşadığı evin yataq otağında Aysuya qarşı seksual hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasında prokuror vəsatətlə çıxış edib.

Prokuror bildirib ki, Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü (Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər törətməsi) maddəsinin əlamətləri müəyyən olunub.

Prokuror Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Prokuror vəsatəti onunla əsaslandırıb ki, zərərçəkmiş Aysu təqsirləndirilən şəxsi öz doğma atası kimi qəbul edib:

“Təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı çimərlikdə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmədiyi üçün onun pis fikirdə olmasını düşünmədiyini göstərib. Sonuncu dəfə evdə olan zaman atalığının ona qarşı etdiyi hərəkətləri anladığı üçün ona qarşı sərt mövqe bildirib və bıçaqla özünə qəsd etmək istəyib”.

Bundan başqa, ifadələrlə müəyyən olunub ki, Aysu atalığı tərəfindən 9 yaşından 11 yaşınadək olan müddət ərzində dəfələrlə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, bir dəfə təbii yolla cinsi əlaqədə olub.

Məlum olub ki, təqsirləndirilən şəxs onu hədələdiyi üçün qız qorxub və buna görə heç kimə bu barədə heç nə deməyib.

Məhkəmədə həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası da işin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Nümayəndə Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə yanaşı həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə də ittiham verilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib. Cinayət işi üzrə hazırkı icraata xitam verilib.

Cinayət işinin materialları təqsirləndirilən şəxsin başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir