Bakıda kriminal aləm üzvünü güllələyən şəxsə HÖKM OXUNDU

Kriminal

Bakıda qətl törədən Taryel Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Taryel Qurbanov qəsdən adam öldürməkdə təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum olunub.

Xatırladaq ki, hadisə 2021-ci ilin dekabr ayında Suraxanı rayonu Binə qəsəbəsində qeydə alınıb.

Dekabrın 10-da Bakının Suraxanı rayonu Binə qəsəbəsi sakini Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Allahverdi Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdi.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmış, Taryel Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdu.

Qeyd edək ki, Allahverdi Mirzəyev kriminal aləm üzvü kimi tanınırdı. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir