Dəfələrlə dövlət qurumlarına, eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də, təəssüf ki, bu kimi neqativ hallara rast gəlinməkdədir. Növbəti bu cür fakt Lənkəranda qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini olan bir qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etdiyi barədə polisə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.
Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.
www.102info.az