Bakıda ödəmə terminalından oğurluq edilib

Kriminal

Bakıda ödəmə terminalı və marketdən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8 000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş – Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir